Banqladeşdə qızılcadan ölən uşaqların sayı 999-a çatıb


  • 17:10

Banqladeşdə qızılcadan ölən uşaqların sayı 999-a çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Banqladeş Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, təkcə son bir ay ərzində 100-dən çox uşaq qızılcadan vəfat edib.

Mart ayından bəri 166 mindən çox yoluxam faktı qeydə alınıb.

Mart ayında başladılan təcili peyvənd kampaniyası ilkin mərhələdə 6 aylıqdan 5 yaşa qədər olan uşaqlara yönəldilsə də, sonradan peyvəndləmə tədbirləri mərhələli şəkildə genişləndirilərək bütün ölkəni əhatə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər