Meğri şəhərinin meri rüşvət işi üzrə saxlanıldı


  • 21:10

Ermənistanda hüquq-mühafizə orqanları Meğri şəhərinin meri Xaçatur Andreasyanı rüşvət vermə və alma faktları ilə bağlı cinayət işi çərçivəsində saxlayıblar.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, iş üzrə ümumilikdə 8 nəfər, o cümlədən Ekopatrul Xidmətinin Sünik vilayət bölməsinin rəhbəri saxlanılıb.

Oxşar xəbərlər