Filippində sərnişin bərəsində yanğın: 5 nəfər ölüb, 87 nəfər itkin düşüb


  • 10:42

Filippin sahilləri yaxınlığında sərnişin bərəsində baş verən yanğın nəticəsində 5 nəfər həyatını itirib, 87 nəfər isə itkin düşüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Manila şəhərindən Palavan əyalətinin Koron bölgəsinə hərəkət edən sərnişin bərəsində naməlum səbəbdən yanğın başlayıb.

Məlumata görə, hadisə zamanı gəmidə ümumilikdə 134 nəfər - 117 sərnişin və 17 ekipaj üzvü olub.

Yanğın nəticəsində 5 nəfər həyatını itirib. İndiyədək 42 nəfərin xilas edildiyi bildirilir.

Rəsmilər itkin düşən 87 nəfərin axtarışı və xilas edilməsi istiqamətində əməliyyatların davam etdiyini açıqlayıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər