İsrailin Qəzzaya hücumları nəticəsində bir ailənin 4 üzvü ölüb


  • 10:52

İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Beyt-Lahiyada yaşayış evinə endirdiyi zərbə nəticəsində bir ailənin dörd üzvü həyatını itirib.

E-huquq.az Fələstinin WAFA nəşrinə istinadən xəbər verir ki, İsrail ordusu Beyt-Lahiyada bir evi bombalayıb.

Hücum nəticəsində bir ailənin dörd üzvü həlak olub. Dağıntılar altında insanların qaldığı bildirilib.

İsrail ordusu Qəzza şəhərinin şərqindəki əraziləri artilleriya atəşinə tutub.

İsrail hərbi-dəniz qüvvələrinin isə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə, həmçinin bölgənin mərkəzi və şərq hissələrinə zərbələr endirdiyi qeyd olunub.

Qeyd edək ki, 2025-ci il oktyabrın 10-da Qəzzada atəşkəs əldə edilməsinə baxmayaraq, İsrail ordusu bölgədə hücumlarını davam etdirir.

Qəzzadakı Səhiyyə Nazirliyinin son açıqlamasına görə, atəşkəsdən sonra İsrailin Qəzzaya hücumları nəticəsində 1 358 fələstinli həyatını itirib, 4 541 nəfər yaralanıb.

İsrailin 2023-cü ilin oktyabrından etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində ümumilikdə 73 mindən çox fələstinlinin öldüyü, 174 mindən çox insanın isə yaralandığı bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər