Trampın təyyarəsində nasazlıq: təxliyə sürüşkəni təsadüfən açıldı


  • 10:59

ABŞ Prezidenti Donald Trampın təyyarəyə minməyə hazırlaşdığı vaxt “Air Force One” təyyarəsində təcili təxliyə sürüşkəni təsadüfən açılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, insident “Joint Base Andrews” hərbi bazasında baş verib. Trampın təyyarəyə minməsindən az əvvəl hərbi heyətin səhvi nəticəsində şişmə təxliyə sürüşkəni aktivləşib.

Təyyarəyə minməzdən əvvəl bir müddət helikopterdə gözləyən Tramp uçuş-enmə zolağında jurnalistlərə açıqlamasında təhlükəsizliklə bağlı hər hansı problemin olmadığını bildirib. O, heyətin təxliyə sürüşkənini yoxladığını qeyd edib.

Ağ Evin kommunikasiya direktoru Stiven Çunq da sistemlərin düzgün işlədiyinə əmin olmaq üçün zəruri yoxlamaların aparıldığını təsdiqləyib.

Texniki yoxlamalar səbəbindən gecikən təyyarə daha sonra uçuş həyata keçirərək heç bir insident baş vermədən Dallasda eniş edib.

Qeyd edək ki, Qətər kral ailəsi tərəfindən hədiyyə edilən “Boeing 747-8” təyyarəsi sürətləndirilmiş təmir prosesindən sonra iyul ayında istifadəyə verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər