Çində yük gəmisində yanğın baş verib, ölənlər var


  • 15:30

Çinin şərqindəki Şandun əyalətində yerləşən Tsindao limanında təmir üçün lövbər salmış xarici yük gəmisində yanğın baş verib.

E-huquq.az xəbər verir ki, Çinin dövlət yayımçısı CCTV-nin hesabatında yanğın nəticəsində çoxsaylı insan tələfatı olduğu bildirilib.

Lakin ölənlərin və yaralananların dəqiq sayı barədə hələlik heç bir məlumat açıqlanmayıb.

Çin Prezidenti Si Tszinpin axtarış-xilasetmə işlərinin sürətlə aparılması və itkin düşənlərin tapılması barədə göstəriş verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər