- 16:25
İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışda olan şəxs Türkiyədə saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Bahçelievler rayonunda kafeyə və Şişli rayonunda İraq Baş Konsulluğuna edilən hücumlarla əlaqədar axtarışda olan cinayətkar təşkilat üzvü Məhəmməd Əli Çınar Gürcüstandan Türkiyəyə daxil olarkən tutulub.
İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, Çınarın 30 noyabr 2024-cü ildə Bahçelievlerdəki kafeyə, 21 mart 2025-ci ildə isə Şişlidə yerləşən İraq Baş Konsulluğuna edilən hücumlarla bağlı şübhəli olduğu müəyyənləşdirilib.
Araşdırma zamanı Çınarın Gürcüstanda həbs cəzasını çəkdiyi və daha sonra azadlığa buraxıldığı müəyyən edilib.
Şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə