Yunanıstanda meşə yanğını 800 hektar əraziyə ziyan vurub


  • 15:57

Yunanıstanın şimal-qərbində yerləşən Konitsa bölgəsində avqustun 31-də başlayan və sentyabrın 8-dək davam edən meşə yanğını təxminən 800 hektar əraziyə ziyan vurub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Trapezitsa dağında başlayan yanğın nəticəsində ümumilikdə 8oo hektar ərazi zərər görüb.

Məlumata görə, artıq nəzarət altına alınan yanğın əsasən Avropa İttifaqının təbii ətraf mühitin mühafizəsi şəbəkəsinə daxil olan “Natura 2000” ərazisinə, eləcə də yüksək mühafizə statusuna malik Şimali Pindos Milli Parkının ikinci zonasına təsir edib.

Bölgənin mürəkkəb relyefi, sıx meşə örtüyü və məhdud yol şəbəkəsi yanğınsöndürmə işlərini çətinləşdirib. Dağlıq ərazidə fəaliyyət göstərən yanğınsöndürənlərə helikopterlə su çənlərinin çatdırıldığı bildirilib.

Yanğın nəticəsində ciddi zərər görən küknar və qara şam meşələrinin təbii yolla bərpası 100 ildən çox vaxt apara bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər