Türkiyədə FETÖ əməliyyatı: 7 nəfər həbs edildi


  • 22:07

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində xaricə qaçmağa cəhd edən 9 FETÖ üzvü saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sahil Təhlükəsizliyi Komandanlığının keçirdiyi əməliyyat zamanı şübhəli şəxslərin Rusiyaya məxsus “Peter Pan” adlı gəmidə olduqları müəyyən edilib.

Məhkəmənin qərarı ilə şübhəlilərdən 7-si həbs olunub, 2-si isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Gəminin kapitanı da “miqrant qaçaqçılığı” və “silahlı terror təşkilatına yardım” ittihamları ilə həbs edilib.

Əməliyyat zamanı gəmidə 40 min 80 avro, 200 ABŞ dolları, 4 min 752 türk lirəsi və 3 saxta Belçika şəxsiyyət vəsiqəsi aşkarlanıb. Gəmi müsadirə edilib.

Gəmidə 9 şübhəli şəxslə yanaşı, 2 uşağın olduğu da müəyyənləşdirilib. Uşaqlar yaxınlarına təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər