ABŞ İrana qarşı tətbiq etdiyi blokada çərçivəsində 96 ticarət gəmisini istiqamətləndirib


  • 10 Sentyabr 23:04

ABŞ ordusu İrana qarşı bllokadanın bir hissəsi olaraq 10 sentyabr tarixinə qədər 96 ticarət gəmisini yönləndirib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.

Komandanlığın açıqlamasında deyilir: "10 sentyabr tarixinə olan məlumata görə, ABŞ qüvvələri blokadaya tam riayət olunmasını təmin etmək üçün 96 kommersiya gəmisinin marşrutunu dəyişdirib".

Mərkəzi Komandanlıq əlavə edib ki, humanitar yardım daşıyan 50-dən çox gəminin tranzit üçün icazəsi verilib.

Komandanlıq həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin blokadanın tətbiqində iştirak etdiyini bildirib. Xüsusilə, Mərkəzi Komandanlıq (CENTCOM) USS Rafael Peralta esminesinin göyərtəsindən MH-60R Sea Hawk helikopterinin qalxdığını göstərən görüntüləri yayımlayıb.

Oxşar xəbərlər