Konqoda 2 məktəb yanıb: 29 şagird həlak olub


  • 09:55

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Cənubi Kivu əyalətinin paytaxtı Bukavu şəhərində baş verən yanğında 29 şagird həlak olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın şəhərin Kadutu rayonunun Cimpunda məhəlləsindəki yaşayış evlərindən birində başlayıb və daha sonra yaxınlıqdakı "Ujamaa" və "Furaha" ibtidai məktəblərinə keçib.

Hadisə nəticəsində 25 şagird xəsarət alıb. Onlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

Taxtadan inşa edilmiş hər iki məktəb tamamilə yanaraq külə dönüb. Yanğın nəticəsində ətraf ərazidə 300-dən çox ev də yaşayış üçün yararsız vəziyyətə düşüb.

Fövqəladə hallar xidmətlərinin əməkdaşları yanğını nəzarət altına alıblar.

Hadisənin başvermə səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər