Bələdiyyədə qanunsuzluqlarla bağlı əməliyyat: 43 nəfər saxlanıldı


  • 12:17

Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda bələdiyyəyə qarşı rüşvət və qanunsuzluq iddiaları ilə bağlı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı bələdiyyədə tikinti və şəhərsalma prosedurlarında qanunsuzluqların aradan qaldırılması müqabilində rüşvət alınıb-verilməsi, həmçinin bələdiyyənin keçirdiyi tenderlər və birbaşa satınalmalarda qanun pozuntularına yol verilməsi ilə bağlı məlumatlar müəyyən edilib.

Bununla əlaqədar aralarında bələdiyyə əməkdaşları və podratçıların da olduğu 48 şübhəli barəsində saxlanılma qərarı çıxarılıb.

Polis əməkdaşları şübhəlilərin ünvanlarına eyni vaxtda əməliyyat keçirib. Nəticədə 43 nəfər saxlanılıb. Ünvanlarda cinayət işinə dair sübutların aşkar edilməsi məqsədilə axtarışlar aparılıb.

Hazırda barəsində saxlanılma qərarı verilmiş 5 nəfərin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər