- 14:28
Kiprdə Larnaka hava limanından uçuşa hazırlaşan sərnişin təyyarəsində bomba olduğu barədə xəbərdarlıq daxil olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Larnakadan İtaliyaya uçmaq üçün uçuş-enmə zolağında hərəkətə hazırlaşan sərnişin təyyarəsində bomba olduğu barədə məlumat verilib.
Xəbərdarlıqdan sonra təyyarə uçuş-enmə zolağından geri qaytarılaraq yenidən perrona çəkilib.
Daha sonra sərnişinlər təyyarədən təxliyə edilib.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Şəbnəm Mehdizadə