- 14:57
Nepalın Çin sərhədinə yaxın Rasua bölgəsi və ətrafında avqustun 26-da baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı 1385-ə yüksəlib.
E-huquq.az xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Qurumu sosial şəbəkədə sel fəlakəti ilə bağlı son vəziyyəti açıqlayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində 1385 nəfər həyatını itirib. Hazırda itkin düşmüş 5130 nəfərin axtarışı və xilasetmə işləri davam etdirilir.
Fəlakət bölgələrində axtarış-xilasetmə, yardımın paylanması, meyitlərin çıxarılması və digər təcili tədbirlərin həyata keçirilməsi üçün 21 022 təhlükəsizlik əməkdaşı cəlb olunub.
Sel nəticəsində 13 676 nəfərin xilas edildiyi, 337 yaralının isə müalicə aldığı bildirilib.
Qeyd edək ki, avqustun 26-da Rasua bölgəsində baş verən sel nəticəsində onlarla körpünün dağıldığı, yolların zərər gördüyü və axtarış-xilasetmə işlərinə dəstək məqsədilə helikopterlərin bölgəyə göndərildiyi qeyd olunub. ABŞ Geoloji Xidməti seldən əvvəl bölgədə zəlzələ baş verdiyini açıqlasa da, daha sonra məlumatlarını yeniləyərək 5,2 maqnitudalı seysmik hərəkətin səbəbinin buzlaq çökməsi olduğunu bildirib. Mərkəzi Katmanduda yerləşən Beynəlxalq Dağlıq İnkişaf Mərkəzinin mütəxəssisləri isə selin dağlıq ərazidən qopan buzlaq parçalarının səbəb olduğu uçqun nəticəsində baş verdiyini bildiriblər.
Şəbnəm Mehdizadə