Kreml Litvaya xəbərdarlıq etdi


  • 14:44

Kremlin sözçüsü Dmitri Peskov Litvada nüvə silahları yerləşdiriləcəyi halda bu ölkənin ərazisinin Rusiyanın nüvə silahlarının hədəfinə çevriləcəyini bildirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Peskov Rusiyanın “Pervıy Kanal” telekanalına müsahibəsində Litvanın konstitusiyasında nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsini qadağan edən müddəanın ləğvi ilə bağlı planlarını şərh edib.

“Əgər ərazinizdə nüvə silahları yerləşdirirsinizsə, bunun kiməsə qarşı olması lazımdır. Görünür, bu silahlar Qərbə qarşı deyil, Şərqə, yəni bizə qarşı olacaq. Əgər hansısa ölkədə bizə qarşı nüvə silahı olarsa, həmin ölkənin ərazisi nüvə silahlarımızın hədəfinə çevriləcək”, - deyə Peskov bildirib.

Peskov əlavə edib ki, Litvada nüvə silahlarının yerləşdirilməsi bölgədə vəziyyətin ciddi şəkildə gərginləşməsinə səbəb olacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər