- 17:22
Türkiyənin Ankara şəhərinin Gölbaşı rayonunda meşəlik ərazidə yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yanğınla əlaqədar əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.
Meşəlik ərazidə başlayan yanğın təşvişə səbəb olub. Yanğınsöndürənlər alovun qarşısının alınması və söndürülməsi istiqamətində işləri davam etdirirlər.
Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının başvermə riski yüksək olaraq qalır.
Ölkədə bu cür yanğınların qarşısının alınması və onlarla mübarizə tədbirləri həyata keçirilir.
Şəbnəm Mehdizadə