Merkuri alimlərin gözləntilərindən daha sürətlə kiçilə bilər


  • 17:17

Yeni araşdırmaya görə, Günəşə ən yaxın planet olan Merkuri əvvəlki hesablamalardan təxminən 30 faiz daha çox kiçilmiş ola bilər.

E-huquq.az xəbər verir ki, Alman Aviasiya və Kosmik Mərkəzinin alimləri planetin diametrinin formalaşdığı gündən bəri 23 kilometrədək azala biləcəyini bildiriblər. Təxminən 4 900 kilometr diametrə malik Merkuri üçün bu, əhəmiyyətli dəyişiklik hesab olunur.

Tədqiqatçılar hesab edirlər ki, planetin səthindəki zərbə kraterlərindən yaranan süxur qalıqları kiçilmənin izlərini örtərək prosesin real miqyasını gizlədə bilər. Alimlər Merkuridəki tektonik qırılmaları və səth relyefini müqayisə etdikdən sonra bu nəticəyə gəliblər.

Araşdırmanın nəticələri "Geophysical Research Letters" jurnalında dərc olunub. Alimlər əldə olunan məlumatların Merkurinin daxili quruluşunun soyuması və büzülməsi prosesinin daha yaxşı anlaşılmasına kömək edəcəyini düşünürlər.

Planetin öyrənilməsində mühüm rol oynayacaq "BepiColombo" missiyasının Merkuri orbitinə daxil olaraq onun səthini və daxili quruluşunu daha ətraflı araşdırması gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər