Tramp Çin avtomobil zavodlarının ABŞ-də tikilməsinə qarşı deyil


  • 10:51

ABŞ Prezidenti Donald Tramp Çin şirkətlərinin ölkə ərazisində avtomobil zavodları tikməsinə etiraz etmədiyini bildirib.

E-huquq.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Əgər Çin bura gəlib öz avtomobillərinin istehsalı üçün zavod açmaq istəsəydi, mən buna qarşı olmazdım. Yaponiya da bunu edir. Əsas məsələ odur ki, onlar bizim insanları işə götürsünlər”, - ABŞ lideri deyib.

Tramp bildirib ki, onun etiraz etdiyi məsələ avtomobillərin daha aşağı xərclərlə Meksikada istehsal edilərək ABŞ bazarına gətirilməsidir.

ABŞ-Çin ticarət-iqtisadi münasibətlərindən danışan Tramp əlavə edib ki, hazırda Vaşinqtonla Pekin arasında münasibətlər yaxşı gedir.

Oxşar xəbərlər