- 10:51
Nepalın Çinlə sərhəd bölgəsində baş verən güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1386 nəfərə yüksəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal hakimiyyətinə istinadən məlumat yayıb.
Bildirilib ki, daha əvvəl 1374 nəfərin öldüyü açıqlanmışdı. Hazırda 5,1 mindən çox insan itkin düşmüş hesab olunur.
Təbii fəlakət avqustun 26-da Nepalın şimalında baş verib. Dağlıq ərazidə qar uçqununun yaratdığı güclü sel və torpaq axını çay məcrası boyunca 70 kilometrdən çox məsafə qət edərək geniş ərazilərin su altında qalmasına səbəb olub.
Çin ərazisində də təbii fəlakət nəticəsində 43 nəfər həlak olub, 519 nəfər itkin düşüb.