KİV: Mertsin partiyası dəstək itirməkdə davam edir


  • 14:40

Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) Aşağı Saksoniyada seçici dəstəyini itirməkdə davam edir.

E-huquq.az xəbər verir ki, bunu “Bild” qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğuya əsasən, CDU-nun Aşağı Saksoniyada reytinqi 22 faizə düşüb. Bu, əvvəlki göstəricidən 3 faiz bəndi azdır. “Almaniya üçün Alternativ” (AfD) partiyasının göstəricisi isə 21 faizdir. Beləliklə, CDU rəqibini cəmi 1 faiz bəndi qabaqlayır.

Regionda birinci yerdə 26 faiz dəstəklə Almaniya Sosial Demokrat Partiyasıdır (SPD). “Yaşıllar”ın reytinqi isə 3 faiz bəndi artaraq 15 faizə çatıb.

Sorğuda iştirak edənlərin yalnız 18 faizi CDU-nun Aşağı Saksoniyada yerli hökumətə rəhbərlik etməsini istəyir. SPD namizədinin regional hökumətə rəhbərlik etməsini dəstəkləyənlərin payı isə 24 faizdir.

Sorğu sentyabrın 1-dən 8-dək 1000 nəfər arasında keçirilib.

Oxşar xəbərlər