Fransada qatar relsdən çıxıb: 20-yə yaxın yaralı var


  • 15:32

Fransada sərnişin qatarının relsdən çıxması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

E-huquq.az xəbər verir ki, bu barədə “France Info” məlumat yayıb.

Hadisə sentyabrın 11-i axşam saatlarında Elbef şəhəri yaxınlığında baş verib. Ruan-Kan marşrutu üzrə hərəkət edən qatar naməlum səbəbdən relsdən çıxıb.

İlkin məlumata görə, hadisə zamanı qatarda 180 sərnişin olub. Qəza nəticəsində 20-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə təcili yardım və digər fövqəladə xidmətlər cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Oxşar xəbərlər