- 19:18
Dünyada hər dörd nəfərdən birinin təhlükəsiz içməli suya çıxışı yoxdur.
E-huquq.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial media hesabında paylaşımında bildirib.
Qebreyesus təhlükəsiz içməli suyun sağlamlığın təməli olduğunu vurğulayıb.
“Buna baxmayaraq, dünyada hər dörd nəfərdən birinin hələ də təhlükəsiz içməli suya çıxışı yoxdur”, - ÜST baş direktoru qeyd edib.
O, hər yerdə və hər kəsin sağlamlığını, ləyaqətini və imkanlarını yaxşılaşdırmaq üçün birgə çalışmağa çağırıb.