- 15:32
ABŞ Prezidenti Donald Tramp İranla müharibə ilə bağlı son qiymətləndirməsində qlobal enerji bazarlarının yaxından izlədiyi neft qiymətlərinə toxunub.
E-huquq.az xəbər verir ki, Ağ Ev rəhbəri İrandakı hərbi qarşıdurmanın çox tezliklə başa çatacağını və bunun ardınca qlobal bazarlarda "qara qızıl"ın kəskin ucuzlaşacağını bildirib.
Tramp mövcud gərginliyin ABŞ-də keçiriləcək ara seçkilərdən sonra tamamilə yekunlaşacağını vurğulayıb. O, hərbi əməliyyatların dayandırılmasının enerji birjalarına birbaşa təsir edəcəyini və qiymətlərin sürətlə enəcəyini diqqətə çatdırıb.