Filippində bərə yanğını: Ölənlərin sayı 76 olub


  • 13:28

Filippində sərnişin bərəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76-ya yüksəlib.

E-huquq.az xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, yanğın nəticəsində daha 41 nəfərin meyit qalıqları aşkarlanıb və bununla da təsdiqlənmiş ölüm sayı 76-ya çatıb. 43 nəfərin xilas edildiyi bildirilir. Daha 13 nəfər itkin düşmüş hesab olunur.

Yanğın sentyabrın 9-da Maniladan Palavan əyalətinin Koron şəhərinə gedən “MV June Aster” bərəsində baş verib. Yanğın tam söndürüldükdən sonra xilasedicilər gəminin bəzi hissələrinə daxil ola biliblər. Sıx tüstü və yüksək temperatur əvvəlcə axtarış-xilasetmə işlərini çətinləşdirib.

Hazırda məhkəmə-tibbi ekspertləri ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində işləyirlər. Yanğının səbəbi ilə bağlı araşdırma davam edir.

Oxşar xəbərlər