- 13:28
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında dekabr ayında Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində görüş mümkün deyil.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov AFP-nin sualına cavab olaraq bildirib.
"Bu, mümkün deyil", - deyə Peskov vurğulayıb. O, iki prezident arasında görüşün Rusiya paytaxtında keçirilə biləcəyi ilə bağlı Moskvanın mövqeyini bir daha təkrarlayıb.
Sentyabrın 8-də Peskov, həmçinin bildirib ki, Rusiya münaqişənin sülh yolu ilə həllinə hazırdır, lakin bu məsələ Kiyev hakimiyyətindən asılıdır.