- 15:32
Kanada ABŞ ilə ticarət əlaqələrinin pisləşməsindən sonra Avropa İttifaqı ilə inteqrasiyanı dərinləşdirmək və iqtisadiyyatın istiqamətini Avropaya tərəf dəyişmək niyyətindədir. Ölkə rəhbərliyi Vaşinqtondan asılılığı azaltmaq üçün Aİ ilə "assosiativ üzvlük" modelini nəzərdən keçirir.
E-huquq.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat paylaşıb.
Kanada Baş naziri Mark Karninin planına əsasən, tam üzvlük olmadan enerji, kritik faydalı qazıntılar, süni intellekt, müdafiə, elmi tədqiqatlar və ticarət sahələrində Avropa ilə sıx əməkdaşlıq qurulması nəzərdə tutulur.
Təşəbbüs çərçivəsində malların və işçi qüvvəsinin hərəkətinin asanlaşdırılması, birgə infrastruktur və texnologiya layihələrinin icrası, eləcə də müdafiə sahəsində əlaqələrin gücləndirilməsi təklif edilir.