- 20:50
İran Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilənin (NSYM) bütün tələblərinə və beynəlxalq hüquq norma və prinsiplərinə sadiqdir.
E-huquq.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "India Today" telekanalına müsahibəsində deyib.
Prezident vurğulayıb ki, İrana qarşı səsləndirilən nüvə silahı ittihamları təcavüzü əsaslandırmaq üçün istifadə olunan təbliğatdır:
"Əgər nüvə silahı istehsal etmək niyyətində olsaydıq, NSYM-yə üzv olmazdıq. Beynəlxalq agentliyin müfəttişləri hər gün obyektlərimizə baxış keçiriblər. Ali Liderimiz də dəfələrlə nüvə silahı hazırlamadığımızı bəyan edib".