Berlin Senatının şəbəkələrinə kiberhücum edən haker qrupu oğurladığı məxfi məlumatları darknetdə yaydı


  • 20:50

Berlin Senatının şəbəkələrinə kiberhücum edən “Rhysida” haker qrupu oğurladığı məxfi məlumatları darknetdə yayıb.

E-huquq.az xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, hakerlər ümumilikdə 5,79 TB həcmində məlumat əldə ediblər.

Sızdırılan məlumatlar arasında dronlarla bağlı yüzlərlə sənəd də yer alır. 2025-ci ilin noyabrına aid məxfi sənəddə dronların istənilən vaxt təhlükəli əşyaları təhlükəsizlik zonasına çatdıra biləcəyi qeyd olunur. Sənədlərə əsasən, 2025-ci ilin yayında Berlin hava limanı ətrafında 30 km radiusda 19 gün ərzində 2093 dron uçuşu qeydə alınıb.

Haker qrupu Berlin rəhbərliyindən 2 milyon avro tələb edib və məlumatları yaymaqla hədələyib.

Kiberhücum avqustun 14-də aşkarlanıb, iki qurum şəhər şəbəkəsindən müvəqqəti ayrılıb.

Berlin meri Kay Vegner isə şəhərin hakerlərin şantajına boyun əyməyəcəyini bildirib.

Oxşar xəbərlər