Hörmüz boğazında gəmilərdən biri hücuma məruz qalıb


  • 13 Sentyabr 23:34

Hörmüz boğazından keçən bir gəmiyə mərmi atılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarətinin Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

"Ekipajın vəziyyəti, zərərin qiymətləndirilməsi və ətraf mühitə təsiri hazırda məlum deyil", - məlumatda qeyd olunub və bildirilib ki, hücumdan sonra gəmidə yanğın baş verib.

Əlavə edilib ki, yerli səlahiyyətlilər hadisə yerindədir və ekipaj üzvlərinin təxliyəsinə kömək edirlər: "Səlahiyyətlilər araşdırma apardığı müddətdə gəmilərə keçidi ehtiyatla həyata keçirmək və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur".

Oxşar xəbərlər