Türkiyədə fabrikdə güclü yanğın başlayıb


  • 09:52

Türkiyənin Düzce vilayətində fabrikdə güclü yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Düzcenin Hacıdayı qəsəbəsində taxta qapı istehsalı fabrikidə naməlum səbəbdən yanğın başlayıb.

Məlumat daxil olduqdan sonra hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

Yanğınla mübarizəyə ümumilikdə 85 yanğınsöndürən, 30 yanğınsöndürmə və su daşıyan maşın, həmçinin 3 ədəd ağır texnika cəlb edilib.

Qrupların müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb.

Hazırda ərazidə soyutma işləri davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər