Ankarada silahlı insident: 8 nəfər həbs edildi


  • 09:56

Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda iki qrup arasında silahlı insident baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankara Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qruplardan biri avtomobillə hadisə yerinə gələrək digər qrupa atəş açıb. Bundan sonra qarşı tərəf həmin şəxsləri avtomobillə təqib edib.

Atəş açılan avtomobildə olan şəxslər gizləndikləri evdə xüsusi təyinatlı polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin ünvanda aparılan axtarış zamanı üç ədəd odlu silah aşkarlanaraq götürülüb.

Digər qrupa aid şübhəlilər də Keçiören Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Onların ünvanlarında aparılan axtarışlar zamanı təxminən 2 min ədəd narkotik tərkibli həb aşkar edilərək müsadirə olunub.

Hadisə ilə bağlı saxlanılan 10 şübhəlidən 8-i məhkəmə qərarı ilə həbs edilib.

Ankara Baş Prokurorluğu hadisə ilə bağlı ətraflı araşdırmaya başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər