- 10:19
Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Diyarbəkirdən İstanbula hərəkət edən sərnişin avtobusu Eyüpsultan rayonunda yanacaqdoldurma məntəqəsinin yaxınlığında maneələrə çırpılıb.
Toqquşmadan sonra avtobusda yanğın başlayıb. Alov qısa müddətdə bütün nəqliyyat vasitəsini bürüyüb.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis, jandarma və yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən müdaxilə nəticəsində alovun qarşısı alınıb.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Avtobusun yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə