- 14:17
Türkiyənin paytaxtı Ankara şəhərinin Gölbaşı rayonunda yerləşən Külhöyükdə aparılan qazıntılar zamanı 66 milyon il əvvələ aid Gastropoda fosili aşkarlanıb.
E-huquq.az xəbər verir ki, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, fosilin Tetis dənizinin Orta Anadolunu əhatə edən son mərhələlərinə aid olduğu düşünülür.
Fosilin minlərlə il əvvəl Külhöyük sakinləri tərəfindən yaşayış məntəqəsinə gətirilmiş ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, 5 min illik Hatti və Het şəhəri olan Külhöyükdə qazıntılar 2021-ci ildən Ankara Universiteti və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi çərçivəsində aparılır.

Şəbnəm Mehdizadə