Süni intellektin inkişafının yavaşladılması çağırışı bazarları silkələdi


  • 16:14

Süni intellekt sektoru ilə əlaqəli şirkətlərin səhmləri texnologiyanın inkişaf tempinin yavaşladılması ilə bağlı çağırışların ardından kəskin ucuzlaşıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyada çip istehsalçısı "SK Hynix"in səhmləri 6,4 faiz, "Samsung Electronics"in səhmləri isə 4,1 faiz geriləyib. "OpenAI"ın əsas investorlarından olan Yaponiyanın "SoftBank" şirkətinin səhmlərində isə 10 faizdən çox azalma qeydə alınıb.

Avropada da oxşar tendensiya müşahidə olunub. Almaniyanın yarımkeçirici istehsalçısı "Infineon"un səhmləri 7,6 faiz, Niderlandın çip nəhəngi "ASML"in səhmləri isə 5,2 faiz ucuzlaşıb.

İnvestorların diqqəti ABŞ fond bazarlarının açılışına yönəlib. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi "Nasdaq" indeksinin təxminən 1,8 faiz geriləmə ilə açılacağı gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər