- 16:23
Cənubi Afrikanın Qərbi Keyp əyalətində iki sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 21 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Keyp Nəqliyyat Departamentinin sözçüsü Muneera Allie bildirib ki, üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəza nəticəsində çox sayda insan həyatını itirib.
Hadisədən sonra əraziyə təcili yardım və yol hərəkəti xidmətlərinin əməkdaşları cəlb olunub. Ağır yaralanan 3 nəfər tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.
Ərazidə aidiyyəti qurumların işi davam edir.
Səlahiyyətli şəxslər qəzanın başvermə səbəblərinin araşdırıldığını bildiriblər.
Şəbnəm Mehdizadə