- 16:23
Hindistanın Uttar Pradeş ştatında internet probleminə görə narazı qalan kənd sakinləri əraziyə göndərilən texniki işçini baza stansiyasının qülləsinə bağlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyada 5G texnologiyasına keçid sürətlə davam etsə də, Asiya və Afrikanın bəzi bölgələrində internet infrastrukturu ilə bağlı problemlər qalmaqdadır.
Uttar Pradeşdə yaşayan kənd sakinləri ərazidə 5G infrastrukturu olmasına baxmayaraq internet bağlantısının zəif və sürətli olmadığından şikayətləniblər.
Şikayətlərdən sonra problemin aradan qaldırılması üçün bölgəyə texniki qrup göndərilib. Lakin narazı sakinlər internet probleminin uzun müddətdir həll edilməməsinə əsəbiləşərək texniki işçini baza stansiyasının qülləsinə bağlayıblar.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə gələn polis əməkdaşları təxminən 2 saat qüllədə saxlanılan texniki işçini azad ediblər.
Şəbnəm Mehdizadə