- 21:25
İsrail Livanın cənubunda “Hizbullah” infrastrukturunu məhv etməyə davam edəcək.
E-huquq.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz “Hizbullah” üzərində daha bir böyük qələbəyə nail olduq. Bofort və Ali Taher təpələrində olan terror yuvasını dağıtdıq”, - Netanyahu bildirib.
O, İsrailə qarşı yönələn hər bir təhdidin aradan qaldırılacağını vurğulayıb.