- 09:58
Türkiyənin İğdır vilayətində yaşayış binasında güclü yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, binanın altıncı mərtəbəsindəki bir mənzildə naməlum səbəbdən yanğın başlayıb.
Tezliklə bütün mənzili bürüyən yanğından qalxan qatı tüstü binanın digər hissələrinə də yayılıb.
Məlumat verildikdən sonra hadisə yerinə yanğınsöndürmə və tibb briqadaları cəlb olunub.
Briqadalar yanğını ətrafdakı binaların balkonlarından söndürməyə çalışıb.
Yanğın nəzarət altına alındıqdan sonra yanğınsöndürənlər yaşayış binasında köməksiz vəziyyətdə qalan və tüstüdən zərər çəkən 18 nəfəri təxliyə edib.
Tibb briqadaları tüstüdən zərər çəkənlərə hadisə yerində ilkin tibbi yardım göstərdilər.
Hadisənin səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə