- 09:50
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının qərbindəki hava məkanında ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatını (PUA) vurub.
E-huquq.az İranın rəsmi xəbər agentliyi IRNA-ya istinadən xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Hörmüz boğazının qərbindəki hava məkanında MQ-1 tipli pilotsuz uçuş aparatı aşkar edilib və İranın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Qeyd edək ki, SEPAH dünən səhər saatlarında da eyni tipli bir PUA-nın Hörmüz boğazı üzərində vurulduğunu açıqlamışdı.
ABŞ tərəfindən 1990-cı illərdə istehsal olunan MQ-1 PUA-sı əvvəlcə müşahidə və dərin kəşfiyyat tapşırıqları üçün nəzərdə tutulmuşdu. Sonradan bu PUA-lar yeni kameralar və raketlərlə təchiz edilib.
Şəbnəm Mehdizadə