"İranın şərtləri yerinə yetirilməyənə qədər heç bir danışıq aparılmayacaq"


  • 11:55

"İranın şərtləri yerinə yetirilməyənə qədər heç bir danışıq aparılmayacaq".

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bildirib.

Sosial media hesabında paylaşım edən Rezayi ABŞ Prezidenti Donald Trampın əvvəllər səsləndirdiyi ziddiyyətli bəyanatlara münasibət bildirib. İranlı rəsmi vurğulayıb ki, ABŞ dövlət başçısının "danışıqlar olmayacaq" ideyası ilə "danışıqlara hazırıq" mövqeyi arasında tərəddüd edən ziddiyyətli mesajları ictimaiyyətin diqqətini yayındırmamalıdır.

Möhsün Rezayi İrana qarşı başladılan hərbi və siyasi münaqişənin regionda neft daşımaları və boğazlarla bağlı balansı köklü şəkildə dəyişdiyini qeyd edib. Dəymiş zərərin qarşısını almaq cəhdlərinin prosesi dayandıra bilməyəcəyini vurğulayan Təhlükəsizlik Şurasının katibi mövqeyini bu sözlərlə yekunlaşdırıb: "İranın şərtləri yerinə yetirilməyənə qədər heç bir danışıq olmayacaq. Nöqtə!"

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər