ABŞ Rusiyanın "VTB Bankı"na qarşı sanksiya tətbiq edir


  • 12:19

ABŞ Rusiyanın dövlətə məxsus "VTB Bank"ını sanksiya siyahısına əlavə edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İranda fəaliyyət göstərən Rusiya dövlət bankı "VTB Bank" İrana qarşı tətbiq edilən sanksiyalardan yayınma və sanksiya siyahısındakı İran bankları ilə müxbir bank əlaqələri qurma fəaliyyətlərində iştirakına görə sanksiya siyahısına əlavə edilib.

Qeyd edək ki, "VTB Bank" hazırda dünyada ən sərt sanksiyalara məruz qalan maliyyə qurumları sırasındadır. ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib ki, görülən tədbirlər İran rejiminə maliyyə resursları, eləcə də texnoloji və ya maliyyə dəstəyi təmin edənlərin fəaliyyətinin qarşısını almaq məqsədi daşıyır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər