İsti havada çay içmək sərinlədirmi? - Alimlərdən maraqlı AÇIQLAMA


  • 17:12

İsti havada adətən sərinləmək üçün soyuq içkilərə üstünlük verilir. Lakin tədqiqatlara əsasən, sərinləməkdə əsas rol oynayan amillərdən biri tərin buxarlanmasını asanlaşdıran ətraf mühit şəraitidir.

E-huquq.az xəbər verir ki, "Əbədi yaşamaq mümkündürmü?" (Live Forever? A Curious Scientist’s Guide to Wellness, Ageing and Death) kitabının müəllifi professor Con Treqoninq və avstraliyalı alim professor Olli Ceyin tədqiqatlarına görə, isti içki qəbul etmək bədəndə iki əks reaksiya yaradır. İlk olaraq bədənə istilik ötürülür və içki bədən temperaturunu müvəqqəti artırır. Daha sonra tərləmə intensivləşir və temperaturun artması orqanizmin müdafiə mexanizmini işə salır və tərləməni sürətləndirir. Tər dəri səthindən buxarlandıqca bədəndəki artıq istiliyi uzaqlaşdırır və nəticədə orqanizm sərinləyir.

Alimlər xəbərdarlıq edirlər ki, bu mexanizmin çalışması üçün ətraf mühit şəraiti uyğun olmalıdır. Rütubətli havada isə isti içki əks təsir göstərə bilər. Çünki küləkli və quru havada tər asanlıqla buxarlandığı üçün isti içki həqiqətən sərinlədici təsir göstərir. Lkain yüksək rütubətli və havasız mühitdə tər buxarlanmır, sadəcə bədəndən aşağı axır. Bu halda isti içki qəbul etmək sərinlətmək əvəzinə, bədənin daha da qızmasına səbəb olur.

Mütəxəssislər bildirirlər ki, sərinləmə effekti baxımından isti və soyuq içkilərin bir-birinə qarşı mütləq üstünlüyü yoxdur. İsti havada ən mühüm məqam temperaturundan asılı olmayaraq gün ərzində kifayət qədər maye qəbul etməkdir. Buna görə də içki seçimi tamamilə şəxsi üstünlüklərə buraxılmalıdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər