Səudiyyə Ərəbistanında hücum xəbərdarlığı


  • 17:26

Səudiyyə Ərəbistanında husilərin mümkün hücumları ilə bağlı təhlükəsizlik xəbərdarlığı yayımlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, xəbərdarlıqda Məkkə, Ciddə və Taif də daxil olmaqla bir sıra bölgələrdə yaşayan əhaliyə təhlükəsiz ərazilərə keçmək çağırışı edilib.

Qeyd edək ki, husilər Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlara cavab olaraq ölkənin sərhəd ərazilərini və cənub vilayətlərini hədəf alan hücumlar həyata keçirirlər.

Bölgədəki hərbi obyektlər və strateji əhəmiyyətli infrastrukturlar Yəmən ərazisindən buraxılan pilotsuz uçuş aparatları və ballistik raketlərin hədəfinə çevrilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər