ABŞ Kanadadan idxal olunan 110 məhsula 50 faiz əlavə gömrük rüsumu tətbiq edib


  • 17:36

ABŞ-nin Kanadadan idxal etdiyi 110 məhsula 50 faiz həcmində əlavə gömrük rüsumunun tətbiqinə başlanılıb.

E-huquq.az xəbər verir ki, "CBC News" məlumatına görə, yeni tariflər sentyabrın 15-də gecə yarısından qüvvəyə minib.

Yeni rüsumlar çərçivəsində Kanadadan ABŞ-yə idxal olunan bəzi pendir növləri, motorlu qayıqlar, yolsuzluq nəqliyyat vasitələri və mebel məhsulları da yer alıb.

Bununla yanaşı, yeni tarif tənzimləməsi ilə ABŞ daha əvvəl Kanadadan idxal olunan duz, sement və tualet kağızına tətbiq etdiyi rüsumları aradan qaldırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər