İzmirdə 19 qeyri-qanuni miqrant saxlanılıb


  • 10:21

Türkiyənin İzmir vilayətinin Aliağa rayonu sahillərində 4-ü uşaq olmaqla 19 qeyri-qanuni miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, Türkiyə Sahil Mühafizə Komandanlığının yaydığı məlumata görə, rezin qayıqda bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edilib.

Əraziyə cəlb olunan sahil mühafizə əməkdaşları qayığı dayandıraraq, 4-ü uşaq olmaqla 19 qeyri-qanuni miqrantı saxlayıb.

Saxlanılan şəxslər müvafiq prosedurlar həyata keçirildikdən sonra miqrasiya idarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər