Məzmuna keç

Beynəlxalq axtarışda olan şəxs İstanbulda saxlanıldı

Moldova tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə beynəlxalq axtarışa verilən və qırmızı bülletenlə axtarılan şəxs Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyat zamanı saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, beynəlxalq axtarışda olan şəxslərin saxlanılması istiqamətində aparılan araşdırmalar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 il müddətinə azadlıqdan məhrum edilən və Moldova hüquq-mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarılan şəxsin İstanbulda olduğu müəyyən edilib.

Araşdırma tədbirləri nəticəsində şübhəli şəxsin Esenyurtdakı ünvanı müəyyənləşdirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində I.R. saxlanılıb.

Şəbnəm Mehdizadə