- 11:10
ABŞ-ın Los-Anceles şəhərində helikopterin qəzaya uğraması nəticəsində azı üç nəfər həlak olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza çərşənbə axşamı yerli vaxtla saat 19:00 rada Lurlayn prospekti ilə Nordhoff küçəsinin kəsişməsində meydana gəlib.
Hadisə yerindən çəkilən görüntülərdə qəzanın təsirindən iki konteynerin və çoxsaylı nəqliyyat vasitəsinin alovlandığı görünür. Əraziyə cəlb olunan yanğınsöndürmə briqadaları yanğının tam söndürüldüyünü bildiriblər.
Yerli KİV-lərin məlumatına görə, helikopter media qurumuna məxsus olub.
Hələlik helikopteri kimin idarə etdiyi dəqiq bilinmir. Hadisənin başvermə səbəblərini Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdıracaq.
Şəbnəm Medizadə