- 13:53
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi (Tramp marşrutu) üzrə Ermənistanla ABŞ arasında strateji əməkdaşlıq haqqında Çərçivə Sazişində nəzərdə tutulan öhdəliklərin Konstitusiyaya uyğun olduğuna qərar verib.
Bu barədə e-huquq.az Ermənistan mediasına istinadən xəbər verir.
Bildirilib ki, qərar üç gün ərzində tam həcmdə dərc olunacaq.
Sənəd ratifikasiya üçün parlamentə göndəriləcək.