- 13:53
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ terror təşkilatının hazırkı strukturlaşmasına qarşı aparılan araşdırmalar çərçivəsində 3 şübhəli şəxs saxlanılıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, MİT və Ankara İl Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları FETÖ-nün hazırkı strukturlaşmasına qarşı əməliyyat keçirib.
Araşdırmalar çərçivəsində təşkilatın gizli hücrə evlərində gizləndikləri və həmin ünvanlarda sığınan şəxslərə yardım göstərdikləri müəyyən edilən 4 şübhəli şəxs barəsində saxlanılma qərarı verilib.
Eyni vaxtda keçirilən əməliyyatlar zamanı onlardan 3-ü saxlanılıb. Digər şübhəlinin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə