- 13:50
Türkiyənin Antalya şəhərində kişi boşanmaq ərəfəsində olduğu arvadını və onun valideynlərini qətlə yetirib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı kişi 36 yaşlı həyat yoldaşına, qayınatası Ahmet Engelə və qayınanası Cemile Engelə odlu silahdan atəş açıb.
Daha sonra həmin şəxs hadisə yerindən qaçıb.
Hadisə yerinə jandarma və təcili tibbi yardım qrupları cəlb olunub.
Həkimlər ana, ata və qızın öldüyünü müəyyən ediblər.
Jandarma qrupları qaçan şübhəlini tutmaq üçün əməliyyata başlayıb.
Şəbnəm Mehdizadə